Smartfonlar günümüzdə ən çox istifadə olunan alətlərdəndir. Kiçiklər də, böyüklər də əlaqələri çat vasitəsi ilə, məlumat axtarışını brauzerlə edir, nə isə öyrənmək üçün məlumatı sosial şəbəkələrdə və YouTube-da axtarır.
Bu günün qəbul olunmuş qaydalarından biri də bütün müəssisələrin sosial şəbəkələrdəki səhifələrdən əlavə desktop və mobil verisyada vebsaytın olması şərtdir. Lakin, bununla yanaşı mobil tətbiqin nəşri də gərəklidir. Mobil tətbiq məlumatın daha sürətli və rahat axtarılmasına, yadda saxlanılması, sifariş etmək, onlayn ödəmək, onun vəziyyətini izləmək və digər müxtəlif imkankar yaradır.
Əlbəttə ki, mobil tətbiqin yaradılması ucuz başa gəlmir. Lakin, sahibkar biznes qurub, mənfəət əldə etmək istəyirsə, müasir texnologiyalara investisiya etməsi şərtdir.