Blokçeyn – məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Blokçeyndəki məlumatlar bütün iştirakçılara görünür, lakin onu silmək, tarixini dəyişmək mümkün deyil. Onun əsas və danılmaz üstünlüyü bu reyestrin əlavə bir yerdə saxlanmamasıdır. O bütün dünya üzrə bir neçə yüz, hətta min kompüter arasında bölüşdürülüb. Bu şəbəkənin istənilən İstifadəçisi reyestrin aktual versiyasına sərbəst girişə malikdir ki, bu da onu bütün iştirakçılar üçün tamamilə şəffaf edir. Bu texnologiya vasitəsi ilə araçıları dövriyyədən çıxarıb, xərcləri azaltmaq, dələduzluğun qarşısını almaq mümkündür.