Müəssisələrdə yeni ilin əvvəlində ənənəvi olaraq keçən ilin fəaliyyətini yekunlaşdırırlar.
Sahibkarlar ötən il ərzində hansı nəticələrin əldə olunduğunu, planların yerinə yetirilməsini, maliyyə göstəricilərini və qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olunduğunu qiymətləndirirlər.
Bu yekunlaşdırma keçən ilin işini qiymətləndirmək və yeni il üçün planlarin hazırlaması üçün edilir.
Yekunlaşdırma zamanı ilk ediləcək keçən ilin əvvəlində planlaşdırılan inkişaf strategiyasını yoxlamaqdır. İlin nəticələrinə görə şirkətin işini təhlil etmək üçün aşağıdakıları etmək lazımdır:
- Gündəlikləri və qeydləri qaldırmaq;
- CRM-də tapşırıqları yoxlamaq;
- Qarşıya qoyulan bütün hədəflərə yenidən baxmaq;
- Tələb olunan hesabatların siyahısını tərtib edib, satış, marketinq şöbələrindən və mühasibatdan almaq.
İlin nəticələrini yekunlaşdırmağa başlamaq üçün ilk şey mənfəət və zərərin qiymətləndirilməsidir. Mənfəət müəssisənin hazırkı vəziyyətinin ən vacib göstəricisidir. Şirkət məhsul və xidmətlərin keyfiyyətinə görə yüksək qiymətlər ala bilər, möhtəşəm və mehriban bir komandaya sahib ola bilər, yaxşı müştəri rəylərini toplaya bilər, eyni zamanda qazancı olmaya bilər. Biznes mənfəət üçün yaradılır, onsuz inkişaf və gələcək mümkün deyil.
Ona görə öncə satışın aşağıdakı təhlilini etmək lazımdır:
- Xalis mənfəət
- Əməliyyat mənfəəti
- Marjinal mənfəət
- Vergi öncəsi mənfəət
- Rentabellik
İllik nəticələrini yekunlaşdırarkən təklif olunan mal və xidmətlərin aşağıdakı parametrlərə görə nə qədər yaxşı və ya zəif satıldığını təhlil etmək lazımdır:
- Keçən il müəyyən məhsul və xidmətlərin satışının artması üçün hansı kampaniyalar aparılıb, satış artımına necə təsir edib;
- Məhsul xətti necə inkişaf edib;
- İşinizdə hansı yeni xidmətlər ortaya çıxıb;
- Karantin dövründə hansı xüsusi təkliflər yaradılıb.
Bu nəticələr və işçilərin fəaliyyətini təhlil edərək, yeni il üçün hansı hədəfləri təyin edəcəyinizi və onlara necə nail olmağı planlaşlamasını təyin etmək olar.