2018-ci ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 102,7 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 72,2 milyon, pambıq lifi ixracı 64,5 milyon, kimya sənayesi məhsullarının ixracı 63,9 milyon, pambıq ipliyi ixracı 19 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (64,9 milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (18,2 milyon ABŞ dolları), İsveçrənin (9,2 milyon ABŞ dolları), Gürcüstanın (9,1 milyon ABŞ dolları), Ukraynanın (7,3 milyon ABŞ dolları) və digər ölkələrin adları var.
Bu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (23,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Qabığı təmizlənmiş meşə fındığı (13,3 milyon ABŞ dolları) ilə alma (7 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.
marja.az