Kadr çatışmamazlığı yerli biznesin ən vacib problemlərindəndir. Digər bir problem isə yerli sahibkarların professional menecment, savadlı personalın cəlb edilməsinə xəsislik edirlər. Bu isə xidmətin səviyyəsini aşağı salır. Qeyri professional və səhv qəbul edilən qərarlar daha çox böhran yarada bilər.

Çox zaman investorlar özləri müsəssiənin rəhbəri olur. Çox zaman müəsssiənin işlədiyi sahədə təcrübəsi olmadığı üçün yanlış qərarlar qəbul edərək biznesini böhrana sürükləyir.

İşin genişlənməsi üçün yeni fillalların yaradılması nəzarəti itirmə riski verir, yetərli qədər resurs və nəzarətin zəifliyi çətinlik yaradır. Yaxud, paralel müxtəlif sahələrə girmək istəyi güc bölünərək, azalmasına yol açır. 

İşi qurarkən, ilk növbədə biznesin stabillik səviyyəsinə çıxması etapına qədər risk edib, genişlənmək üçün tələsmək lazım deyil. Atalar deyib ki, tələsən təndirə düşər.