Lizinq kiçik və orta biznesdə işin genişləndirilməsi üçün çox sərfəlidir.

Əhalinin təxminən üçdə biri kiçik biznesdə işləyir ki, bu da bazara rəqabətli məhsullar təklif etmək, iş yerləri yaratmağa təhrik edir.

Kiçik biznesin problemlərindən biri – ilkin kapitalın və dövriyyə vəsaitlərinin azlığıdır, kreditlərin alınması isə mürəkkəb məsələdir.

Belə şəraitdə müəssisələr lizinq sövdələşmələrinə müraciət edir. Lizinq kiçik və orta biznes üçün əlverişli alətdir. Kənar maliyyələşmənin olmaması halında bu inkşafın real yoludur. O, daha az maliyyə xərcləri şəraitində müəssisənin əsas vəsaitlərini yeniləməyə, istehsal bazasını rəqabət qabiliyyətli səviyyəyə çıxarmağa, avtoparkı genişləndirməyə imkan verir. Bütün bunlar əmlakın əldə edilməsi üçün vəsaitin dövriyyədən çıxarılmasının qarşısını alır.

Bank maliyyələşdirməsinin klassik sxeminə müraciət etmək olardı. Lakin, bu lizinqin həm iqtisadi üstünlükləri, həm də bankların kiçik biznesə olan tələblərinin daha sərt olması ilə bağlı bir sıra səbəblərdən səmərəsiz görünür.

Kiçik biznesin özəlliklərindən biri ümumi kapitalın dəyərində öz kapitalının aşağı nisbəti və borcalanın yüksək payıdır. Ona görə də bank kreditləşməsinin lizinq əməliyyatları ilə əvəz edilməsi qənaət etməyə imkan verir. Kiçik sahibkarlığın fəaliyyətində lizinqin istifadəsi investisiya problemini həll etməyə imkan verir ki, bu da çox vacibdir, çünki kiçik biznes nisbətən aşağı gəlirlə işləyir. Lizinqin fəaliyyət mexanizmi lizinq obyektinin dəyərindən az məbləğdə maliyyə vəsaiti olan əmlak, avadanlıq, avtomobil əldə etməyə imkanı verir. Lizinq sövdələşməsi əsasında avadanlığın əldə edilməsi innovasiya fəaliyyəti ilə məşğul olan kiçik müəssisə üçün böyük əhəmiyyət kəsb edir.