Yeni biznesin yaradılmasında çox adamın arzusu nəinki mənfəət əldə etməkdir, həm də müəssisənin sahibinə və idarəçiliyinə məhşurluq gətirməkdir.
Sahibkarlar həmişə biznes üçün yeni sahələr axtarır və yeniliklər yaratmaq istəyir.
Çox zaman innovasiya – artıq uğurla fəaliyyət göstərən biznesləri təhlil etmək, onları strategiyasına dəyişiklikləri öz biznesinə tərbiq etmək rəqabət üstünlükləri verə bilər, yeni müştərilər, uzunmüddətli mənfəət və yeni imkanlar yaradır. Bu metodları ayrı-ayrılıqda yaxud birləşdirərək biznesi üçün yeni imkanlar yaratmaq olar.
Müasir uğurlu biznes layihələrinin təcrübəsi sübut edir ki, ideyaların götürülməsi üsulu işə yarayır. Uğurla işləyən layihələrin ideayalarının təhlili, onların tətbiqi və təkmilləşdirilməsi yaxşı mənbələrindən biridir. Həm də təkcə rəqiblərin deyil, digər sahələrdə, xüsusilə də digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin işini öyrənmək lazımdır. Bu təcrübə və transformasiya üçün yeni imkanlar yaradır, ən əsası da onların buraxdığı səhvlərin qarşısını alınmasına imkan verir.
Köhnə ideayalardan istifadə etmək mümkün olmadığı halda, yeni fikirlər yarana bilir. Öz təcrübəsinin tətbiqi də başqa bir variant ola bilər. Yeni bir məhsul yaratmaq üçün təcrübəni tətbiq etmək çıxış yoludur.
Öz problemlərini araşdıraraq nəyin çatışmamasını aşkar edərək, bazara yeni təklif etmək olar. Çünki, bir şəxsin nəyəsə tələbi varsa, deməli başqalarının da buna ehtiyacı var.
Digər bir usul – insanların nəyi sevmədiklərini təhlil edərək, yeni imkanları aşkar etmək də başqa bir ideya mənbəyi ola bilər.
Çox zaman bazar liderlərində dəyişiklərə stimul olmur. Onların gözündən yayınan yenilikləri də tətbiq edərək, nəhənglərlə rəqabət aparmaq mümkündür.