Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Auditor yoxlamasının məqsədi cərimə sanksiyaları və digər problemlərlə qarşılaşmamaq üçün səhvləri vaxtında aşkar edib, aradan qaldırmaqdır. Auditin digər məqsədi – mühasibat, idarəetmə uçotunun, sənəd dövriyyəsinin vəziyyətini, habelə onların təkmilləşdirilməsi üzrə tövsiyələr barədə məlumat əldə etməkdir.

Bəzi təşkilatlar xarici tərəfdaşlara və ya investorlara öz maliyyə vəziyyətini göstərmək məqsədi ilə audit sifariş verirlər, digərləri isə mümkün vergi sanksiyalarından can qurtarmaq üçün. Kimsə isə mühasibini yoxlayır, çünki onlar da səhv edə bilərlər.

Bəzi şirkətlər auditorlarla uzun illərdir əməkdaşlıq edir, amma hələ də çox sahibkarlar auditə vergi yoxlaması kimi münasibət bəsləyir. Birincilər audit üçün yetərli qədər maliyyə sərf edib, onun nəticələrindən faydalanırlar. Onlar artıq auditor yaxlamasının effektivliyi ilə yaxından tanışdırlar və ancaq xeyir görürlər.