Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Mühasibat uçotu müəssisənin bütün məlumatlarını, əmlakını, kapitalını, gəlirlərini, xərclərini və dəyişikliklərini təsərrüfat əməliyyatlarının qeydiyyatı vasitəsilə pul baxımından nəzərə alan bir sistemdir.

Mühasibat uçotu təşkilatın fəaliyyəti, o cümlədən onun əmlak vəziyyəti, mühasibat hesabatlarının istifadəçiləri — rəhbərlərə, təsisçilərə, mülkiyyətçilərə, habelə xarici investorlara, kreditorlara və digərilərinə tam və düzgün informasiyanın formalaşdırılması üçün lazımdır.

Mühasibat uçotu biznesin əlverişli həyata keçirilməsi və inkşafı rolunu ifa edir.

Biznesi gündəlik inkşaf etdirmək üçün rəhbərlər öz işlərinin zəif və güclü tərəflərini bilməli və onların üzərində işləməlidirlər. Heç bir şey nəzarət olmadan baş verməməlidir. Nəzarət etmək, təhlil etmək və doğru qərarlar qəbul etmək rəhbərin əsas vəzifəsidir.

Mühasibat uçotu olmadan şirkətin gələcək işini planlaşdırmaq mümkün deyildir. Analitik mühasibat məlumatları rəhbərlərə şirkətin strategiyasını qurmağa və ya mövcud inkişaf planına dəyişikliklər etməyə imkan verir.

Biznes üçün mühasibat uçotunun əhəmiyyəti böyük rol oynayır. Belə ki, biznes hesabatlarının məlumat bazası əsasında təhlil, planlaşdırma, nəzarət, tənzimləmə həyata keçirilir, buna görə də onsuz idarəetmə prosesi mümkün deyildir.

Sahib və ya rəhbər mühasib olmaq məcburiyyətində deyil, lakin mühasibat uçotu bilikləri onun üçün çox müsbət cəhətdir. Bu halda o uçotunu özü apara bilər, yaxud onu heç kim aldata bilməyəcək, çünki o həmişə mühasibin verdiyi məlumatı yoxlaya bilər. Bundan əlavə, bir təşkilatın böyüməsi və rentabelliyi hər kəs üçün əhəmiyyətli olduğu kimi bir iş sahibi, buna görə də xərcləri azaltmaq və bunu necə düzgün etmək lazım olduğunu başqalarından daha yaxşı bilməlidir. Ən yaxşısı uçotu mühasibat və auditin aparılması üzrə ixtisaslaşan peşəkar aqentlərə vermək daha yaxşı və zəmanətli olar.