Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Bazar araşdırması edəndən sonra bazara girməkdə qərarlısınızsa, 2-ci addım müəssisənin adının seçilməsidir. Çünki, bu vacib meyarlardandır. Əgər şirkətiniz lokal müştərilərə yönəlidirsə, onda adın da yerli olması məsləhətdir. Çünki bu söz əhaliyə yaxşı tanış olan, anladığı və yadda qalacaq söz olmalıdır.

Çox zaman daha müasir görünmək üçün sahibkarlar xarici sözlərdən seçim edirlər. Bunun mənfi cəhətləri çox ola bilər. Onuxuşu yanlış ola bilər, mənasını anlamaya bilməyir, çox çətin yadda qalır və sairə mənfi tərəflərlə qarşılaşmaq olur. 

Ondan sonra isə ada uyğun loqotipi hazırlamaq lazımdır. Loqo sadə, yadda qalan, az detallardan ibarət və parlaq rəng olmalıdır ki, tez yadda qalsın.

Naming və loqotip üzərində işləyən çoxsayda agentliklər, mövcuddür. Bu iş üçün pul əsirgəməyin, çünki ticarət markası sizin üzünüzdür. 

Onu rəsmi olaraq qeydiyyata alıb, patentləşdirməyi də unutmayın.