Yerli sahibkarların biznesə başlayarkən ən böyük etdikləri səhvlərdən biri marketinq, yəni bazar araşdırması etməməsidir. Azərbaycanda ən çox baş verən səhvlərdərn biri, hər hansı sahəyə investisiya yatrımaq istəyən şəxslər artıq bazarda populyar olan sahələrə girməsidir. Bu da rəqabətin böyük olması deməkdir. Artıq həmin sahənin liderləri mövcuddur, digər tərəfdən bazar payını əldə etmək üçün dempinq (qiymətin endirilməsi) edən yeni oyunçularla qarşılaşır. Bunların hər ikisi ilə rəqabətə girmək üçün çox güc, zaman və maliyyə qoyuluşu tələb olunur. Bazar araşdırması isə bunun nə qədər uğurlu yaxud zərəli olacağını öncədən göstərir.
Bazar araşdırması üçün isə mütəxəsislərə müraciət etmək lazımdır.