1994-cü ildə Ceff Bezos Uoll-Stritdə uğurlu şirkətdəki vise-president karyerasını ataraq, Sietlə köçür və onlayn mağaza yaratmaq üzərində düşünür. Uzun düşüncələr, götür-qoydan sonra onlayn kitab mağazası açmaq qərarına gəlir. 1995-ci ildə Amazon adlı vebproyektı təqdim edir. Vebmağaza 1 milyon kitab təklif edirək işinə başlayır.
Bu gün Amazon-da hər bir mal və xidmətləri əldə etmək olar. Onun sahibi Bezos isə dünyanın ən zəngin iş adamına çevrilmişdir. Forbes-in məlumatına görə onun var dövləti 160 milliard dollar, şirkətin qiyməti isə 1 trilyon dollardan yüksək qiymətləndrilir. 2017-ci ildə Amazonun təmiz gəliri 3 milyard dollar təşkil edib.
Onlayn xidmətlər dövrü artıq çoxdan başlayıb. Pandemiya bir daha sahibkarlara sübut etdi ki, ən doğru biznes internet məkanında baş verir. Hər biznes veb məkanında mal və xidmətlərini təklif etməlidir.