Marketoloq – marketinq sahəsində mütəxəssisi sayılır. Müasir dövrdə şirkətləri marketinqsiz təsəvvür etmək mümkün deyil. Dünyanın bütün aparıcı şirkətlərinin inkişafının əsas qollarından biridə marketinq sahəsidir. İstənilən məhsulun insana yaratdığı təəssüraf sırf marketoloqdan aslıdır. Marketoloq daima dünyada başverən prosesləri izləməli, daima yenilik axtarışında olmalıdır. Marketoloq məhsula olan tələbat, məhsulun forması, reklam və piyar tədbirləri ilə məşğul olur. Bütün maliyyə proseslərində yaranan sualları mühasibdən soruşurlarsa, məhsul və bazarı da marketoloqdan soruşmaq lazımdır. marketoloq, malların satış perspektivlərini, bazarda rəqabət gücünü ortaya qoyur. Marketoloq qurduğu iqtisai model ilə istənilən məhsulun satışını ən yuxarı pilləyə qaldıra bilər. Dünyanın güclü şirkətlərindən olan Coca-Cola, Samsung, McDonalds, Apple və s. marketinq şöbəsində çoxlu sayda insane fəaliyyət göstərir. Müasir iqtisadiyyat elə bir sferadırki hər saat satış statistikası və rəqiblərin potensialı dəyişəbilir.