Mühasibat uçotu və audit müəssisənin maliyyə hesabatlarının yoxlanılması və mövcud norma və qanunlara uyğunlaşdrılmasıdır. Bu, müəssisənin fəaliyyətində zəif yerləri müəyyən etmək, iş səmərəliliyinin artırmaq, səhvləri tapmaq və düzəltmək, vergi orqanları ilə problemlərdən qaçınmaq üçün tələb olunur.
Maliyyə hesabatlarının auditinin məqsədi
Mühasibat auditi – mühasibat hesabatlarının öyrənilməsi üçün müəssisənin yoxlanılması formasıdır, fəaliyyət nəticələrinin əks olunmasının dəqiqliyidir.
Mühasibat, təhlil və audit kimi vəzifələr, şirkətin perspektivlərinin müəyyənləşdirilməsi, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin səlahiyyətlərinin qiymətləndirilməsinə kömək edir.
Yoxlamanın predmeti – maliyyə, mühasibat hesabatları, müəssisənin aktivləri, təsərrüfat fəaliyyəti və mövcud resurslar haqqında məlumatları əks etdirən bütün sənədlərdir.
Mühasibat yoxlaması kənar və daxili olur. Daxili auditlə müəssisənin öz mütəxəssisləri məşğul ola bilər. Nəticələr isə müəssisənin rəhbərliyinə təqdim olunur.
Kənar audit müstəqil ekspertlər tərəfindən həyata keçirilir və könüllü və məcburiyə ayrılır. Könüllü – menecerlərin, biznes sahiblərinin və ya investorların istəyi ilə həyata keçirilir. Məqsəd sənədlərdə səhvləri aşkar etmək, resurslardan istifadənin düzgünlüyünü qiymətləndirmək, müəssisəni yenidən təşkil etmək, nəzarət, uçot sistemini dəyişdirmək, həmçinin riskləri minimuma endirməkdir.
Ekspertin yoxlanılması üçün daxili və xarici sənədlər, illik və aralıq hesabatlar, həmçinin şəxsi və ümumi hesabatlar tələb oluna bilər. Təhlil zamanı mütəxəssis məlumatın müxtəlif sənədlərdəki uyğunluğunu, verilmiş hesabatların mövcudluğunu, tərkibini, onların aparılmasının, sənədləşdirilməsinin düzgünlüyünü və həmin məlumatların düzgünlüyünü yoxlayır.
Ekspert öz fəaliyyətinin nəticələrinə əsasən rəy tərtib edir və aşkar edilmiş səhvləri təsvir edir, onların aradan qaldırılması üçün tövsiyələr verir.
Mühasibat auditini aparmaq üçün şirkətimizə müraciət edə bilərsiniz.