Düzgün kadr siyasəti və kadr uçotu müəssisənin uğurlu inkişafının əsas amillərindəndir.
Bu sahəyə xüsusi diqqət göstərilməsi vacibdir. Kadr auditi müəssisədə personalın effektiv idarəetmə sistemini qurmağa və kadrlarla işi əlavə xərcsiz, keyfiyyətcə yeni səviyyəyə çıxarmağa və hətta öz HR-şöbəsini yaratmadan aparmağa imkan verir.
Müstəqil auditorlar tərəfindən mühasibatın yoxlanılması çoxdan standarta çevrilib. Əmək qanunvericiliyinə əməl edilməməsinə görə məsuliyyət sərtləşdirildikcə, daha çox müəssisə kadr auditini keçirməyə başlayıb.
Bir çox müəssisələrdə hələ də kadr uçotu ikinci dərəcəli hesab olunur və onun aparılmasına çox əhəmiyyət verilmir. Qanunvericiliyin tələblərinə uyğun olmayan və aşkarlanan pozuntulara görə Əmək Müfəttişliyi tərəfindən görə böyük cərimələr tətbiq edilir.
Kadr auditi – işdən azad olmuş və ya işləyən əməkdaşlarla əmək mübahisələrinin və iddiaların yaranmasıni öncədən müəyyən edilməsidir.
Bəzi böyük müəssisələrdə daxili və kənar audit keçirlir. Yerli şirkətlərin əksəriyyətində uçotu kadrlar üzrə mütəxəssis və ya mühasib tərəfindən aparılır. Daxili audit şirkət rəhbərliyinin göstərişi ilə həyata keçirilir və əmək qanunvericiliyi biliyinə malik olan əməkdaşa tapşırılır.
Kənar audit üçün təşkilat bu cür xidmətlər üzrə ixtisaslaşan müstəqil şirkətə müraciət edir. Auditorlar sənədləri təhlil edir, yoxlama predmetlərinin siyahısı, aşkar edilmiş pozuntular, onların hər biri üzrə şərhlərini, risklərin təsvirini, səhvlərin aradan qaldırılması üzrə tövsiyələri və münaqişəli vəziyyəti təyin edir, problemlərin yarananmamsından öncə sənədlərə dəyişikliklər edilməsi ilə bağlı hesabat təqdim edir.
Həmçinin, auditorlar sənədlərin tam yoxlanılması bütün səhvləri və çatışmazlıqları aşkar etməyə, Kadr uçotunun daha da yaxşı aparılması və çatışmazlıqların düzəldilməsi üçün ətraflı tövsiyələr təklif edir.
Finance Group kadr uçotunun, həmçinin kadr auditinin aparılması xidmətlərini təklif edir.