Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq dünya iqtisadi proqnozları pisləşib.

Bu böhranın başlanmasına qədər dünya iqtisadiyyatı pandemiyadan hələ tam bərpa olmamışdı.

Müharibədən əvvəl bir çox ölkələrdə inflyasiya pandemiya dövründə qəbul edilən tələbat, təklif və dəstək tədbirləri arasındakı disbalansların təsiri altında artmış və pul-kredit siyasətinin sərtləşməsinə səbəb olmuşdur. Çində özünütəcrid rejiminin tətbiqinin son halları qlobal təchizat zəncirlərində yeni çətinliklər yarada bilər.

Bu şəraitdə bilavasitə və faciəli humanitar nəticələrlə yanaşı, müharibə iqtisadi inkşafın ləngiməsinə və inflyasiyanın artmasına gətirib çıxaracaq. Ümumilikdə, iqtisadiyyat üçün risklər kəskin şəkildə artır və iqtisadi siyasət sahəsində kompromis qərarlar tapmaq daha da çətinləşir.

BVF-nin yanvar proqnozu ilə müqayisədə dünya üzrə iqtisadi proqnozu 2022 və 2023-cü illərdə 3,6 faizədək azalma istiqamətində yenidən baxılıb. Bu, Ukrayna üçün müharibənin və Rusiya üçün sanksiyaların birbaşa nəticələrini əks etdirir və hər iki ölkədə kəskin böhran proqnozlaşdırılır. Bu il üçün iqtisadi artımın proqnozuna müharibənin dolayı effektlərinə görə Avropa İttifaqı üçün 1,1 faiz punkt endirilməsinə yenidən baxılıb.

Müharibə son bir neçə ildə dünya iqtisadiyyatını bürümüş təkliflər sırasında daha bir sarsıntıya çevrildi. Seysmik dalğalara bənzər onun nəticələri xammal, ticarət və maliyyə bazarlarında sürətlə yayılacaqdır. Rusiya və Ukrayna, buğda və qarğıdalı ilə yanaşı, neft, qaz və metalların böyük təchizatçısıdırlar. Bu malların tədarükünün azalması onların qiymətinin kəskin artmasına səbəb olub. Avropa, Qafqaz və Mərkəzi Asiya, Yaxın Şərq, Şimali Afrika və Afrika, xammal məhsullarının idxalçıları bu vəziyyətdən daha çox əziyyət çəkir. Bununla yanaşı, ərzaq və yanacaq qiymətlərinin artması bütün dünyada, o cümlədən Şimali və Cənubi Amerika və Asiyada aşağı gəlirli kiçik təsərrüfatlarının vəziyyətini çətinləşdirəcək.