Mühasibat uçotunun autsorsinqi – ştatdakı mühasibatının funksiyalarının kənar mütəxəssislərə verilməsidir.
Məqsəd – Mühasibat proseslərini peşəkarlara etibar edərək, qeyri-profil funksiyaları müəssisənin hüdudlarından kənara çıxarmaqdır.
Autsorsinqin cəlb edilməsi haqqında sahibkarlar daha çox real problemin yarandığı və çıxılmaz vəziyyətə düşəndə yada salırlar:
– Baş mühasib gözlənilmədən işdən ayrılarsa və ya xəstələnərsə.
– Vergi orqanları mühasibatının qüsurları üzündən şirkəti cərimələyiblər, onun hesablarını müvəqqəti bağlayıb, faliyyətini dayandıranarsa.
– Müstəqil auditor tərəfindən bütün biznesi təhdid edən səhvləri aşkar etdikdə.
- Partnyor və podratçılar daim mühasibat uçotundan şikayət edir, səhvlərinə və ehtiyatsızlığına görə şirkətlə əməkdaşlıqdan imtina edirlərsə.
– Mühasibatdakı əməkdaşlar baş mühasiblə yola getmir, daim dəyişirlər, uçotun davamlılığı, hesabatların və məcburi ödənişlərin (vergilərin, maaşların, kontragentlərlə hesablaşmaların) verilməsi prosesi pozulur.
Autsorsinq mühasibatının məqsədi və üstünlükləri
Mühasibat autsorsinqi daha çox mühasibata çəkilən xərclərinin azaldılması kimi nəzərdə tutulur.
Əgər əvvəllər mühasibatın autsorsinqi yalnız ştatdakı mühasibatlığa qənaət nöqteyi-nəzərindən nəzərdən keçirilirdisə, indi ona maliyyə risklərinin azaldılması məqsədi ilə müraciət edirlər. Ən vacibi — autsors mühasibatlıq biznes sahiblərinə əsas biznesdə cəmləşdirməyə imkan verir.
Mühasibatın autsorsinqinin əsas üstünlükləri – baş mühasib, mühasib, daxili auditorlar, kassirlər və digər mütəxəssislər kimi yüksək ixtisaslı əməkdaşlardan ibarət olan bir mexanizmdir.
Mühasibat uçotunun bütün sferalarında səhvləri və riskləri istisna edir.
Autsorsinqə keçid müəssisəni baş mühasibin tam asılılığından azad edir. Autsorsinq zamanı baş mühasibin və ya mühasibin olmaması halında çətinliklər istisna olunur.
Mühasibat autsorsinq şirkətinin müştərisi razılaşdırılmış həcmdə və keyfiyyətli xidmət alır.
Bu xidmət üçün şirkətimizə müraciət edə bilərsiniz.