Vergi məsləhətçilərinin müəssisə üçün əhəmiyyəti
Bütün sahibkarlar vergi məsələləri üzrə suallar ilə qarşılaşırlar.
Mütəxəssislər tərəfindən konsaltinq xidməti – vergi risklərinin azaldılması, vergi ödənişlərinin optimallaşdırılması, müəssisədə problemlərin aşkar edilməsi, şirkətdəki mühasibat uçotun qaydaya salınması ilə bağlı yaranan məsələlərin həllində kömək edir.
Vergilər üzrə konsultasiya həmçinin kommersiya əməliyyatlarının planlaşdırılması mərhələsində əhəmiyyətlidir. O layihənin reallaşdrılması zamanı vergi ödənişləri baxımından mümkün mübahisəli məqamları proqnozlaşdıra bilər.
Vergi məsləhətçiləri sahibkarlara vergi xidməti ilə ünsiyyətdə də kömək edir, onu aydın və sakit vəziyyətə gətirirlər.
Vergi sahəsindəki mütəxəssislər adətən optimal vergi sisteminin düzgün seçilməsi sayəsində müəssisənin xərclərinin azaldılmasına da nail olurlar. Xərclərin azaldılması düzgün optimallaşdırmanın nəticəsidir.
Yeni kommersiya layihələrinin, sövdələşmələrin və digər əməliyyatların müşayiət edilməsi gələcəkdə yarana biləcək çətinliklərin qarşısını alır. Layihənin həyata keçirilməsi zamanı mütəxəssislərin dəstəyi, müqavilənin bağlanmasından başlayaraq gündəlik praktikaya qədər vergi sahəsində problemlərin qarşısını almağa imkan verir.
Sahibkar və mühasiblərlə daimi ünsiyyət vergi sahəsində keyfiyyətli işi təmin edir. Vergi məsləhətçisi daimi vergi qanunvericiliyində mümkün dəyişikliklərə aid olan yeni məlumatların axtarışındadır. Bu biliklər şirkətin işini düzəltməyə və vergi yükünü azaltmağa kömək edir.
Vergi orqanı ilə qarşılıqlı münasibətlər mütəmadi olaraq cərimələrə, cərimə faizlərinə və hətta məhkəmə çəkişmələrinə gətirib çıxarır. Məsləhətçilər vergi mübahisəsində sahibkarın maraqlarını qorumaq üçün əsaslandırılmış mövqe formalaşdırmağa kömək edir.
Vaxtında vergi konsultasiyası mümkün problemlərin qarşısını almağa kömək edərək, yarana biləcək xərclərin və məhkəmə icraatlarının risklərini minimuma endirir.