Pul axınlarının idarə edilməsi
Müəssisənin pul axınlarının idarə edilməsi menecmentin vacib hissələrindən biridir və doğru idarə edilməsi üçün vacib amillərdəndir.
Müəsissənin maliyyə fəaliyyətinin uğurlu idarə edilməsi mənfəət-zərər və balans kimi maliyyə göstəricilərinin əsasında baş verir.
Pul axının hərəkəti – hesabat müddətində pul vəsaitlərinin hərəkətini əks etdirir. Pul axınlarının hərəkəti üç hissəyə bölünür: əməliyyat, maliyyə və investisiya.
Əməliyyat axınları – müəssisənin gündəlik əməliyyatları zamanı edilən ödənişlər və daxilolmalardır.
Maliyyə axını – maliyyə əməliyyatlarında pul vəsaitlərinin hərəkətidir (kredit və borcların alınması və ya ödənilməsi, faizlərin ödənilməsi, nizamnamə kapitalına edilən qoyuluşlar, dividentlərin ödənməsi).
İnvestisiya axını – investisiyaya yönəldilən pul vəsaitlərinin cəmidir.
Pul axınları operativ və strateji idarəetməyə bölünür. Strategiyadan taktikaya doğru pul vəsaitinin idarə edilməsini aydınlaşdıraq.
1. Biznes Plan – müəssisənin fəaliyyətinin uzunmüddətli, 3-5 il üçün planlaşdırılması.
2. İllik büdcə – aylar üzrə tərtib olunmuş uzunmüddətli plan cari makro iqtisadi vəziyyəti, müəssisədə olan imkanların əsasında hazırlanır.
3. Kassa planı – İllik büdcə əsasında, müəssisənin fəaliyyətinin cari vəziyyətini nəzərə almaqla, aylıq olaraq detallı şəkildə tərtib edilir.
4. Aylıq ödəniş təqvimi – günlərə bölünmüş, kassa planı əsasında, gəlirləri və ödənişləri nəzərə almaqla, maksimal detallaşma səviyyəsində yaradılır.
Yuxarıda göstərilən hesabatların məqsədi – hesabat müddətinin sonuna olan pul vəsaitlərinin qalığını müəyyən etmək və planların həyata keçilrilməsi üçün vəsaitlərin gərəkli həcmini qiymətləndirmək üçündür.