Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Pul axınlarının idarə edilməsi

Müəssisənin pul axınlarının idarə edilməsi menecmentin vacib hissələrindən biridir və doğru idarə edilməsi üçün vacib amillərdəndir. 

Müəsissənin maliyyə fəaliyyətinin uğurlu idarə edilməsi mənfəət-zərər və balans kimi maliyyə göstəricilərinin əsasında baş verir. 

Pul axının hərəkəti – hesabat müddətində pul vəsaitlərinin hərəkətini əks etdirir. Pul axınlarının hərəkəti üç hissəyə bölünür: əməliyyat, maliyyə və investisiya.

Əməliyyat axınları – müəssisənin gündəlik əməliyyatları zamanı edilən ödənişlər və daxilolmalardır.

Maliyyə axını – maliyyə əməliyyatlarında pul vəsaitlərinin hərəkətidir (kredit və borcların alınması və ya ödənilməsi, faizlərin ödənilməsi, nizamnamə kapitalına edilən qoyuluşlar, dividentlərin ödənməsi).

İnvestisiya axını – investisiyaya yönəldilən pul vəsaitlərinin cəmidir. 

Pul axınları operativ və strateji idarəetməyə bölünür. Strategiyadan taktikaya doğru pul vəsaitinin idarə edilməsini aydınlaşdıraq.

1.    Biznes Plan – müəssisənin fəaliyyətinin uzunmüddətli, 3-5 il üçün planlaşdırılması.
2.    İllik büdcə – aylar üzrə tərtib olunmuş uzunmüddətli plan cari makro iqtisadi vəziyyəti, müəssisədə olan imkanların əsasında hazırlanır.
3.    Kassa planı – İllik büdcə əsasında, müəssisənin fəaliyyətinin cari vəziyyətini nəzərə almaqla, aylıq olaraq detallı şəkildə tərtib edilir.
4.    Aylıq ödəniş təqvimi – günlərə bölünmüş, kassa planı əsasında, gəlirləri  və ödənişləri nəzərə almaqla, maksimal detallaşma səviyyəsində yaradılır.

Yuxarıda göstərilən hesabatların məqsədi – hesabat müddətinin sonuna olan pul vəsaitlərinin qalığını müəyyən etmək və  planların həyata keçilrilməsi üçün vəsaitlərin gərəkli həcmini qiymətləndirmək üçündür.