Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Müstəqil auditor seçim üsulları

Müəssisə orta və ya böyük sahibkarlıq ilə məşğul olursa, vaxtaşırı müstəqil auditorlar tərəfindən könüllü yoxlama aparılması məsləhət olunur. 

Audit nəyə lazımdır

Auditin məqsədi müxtəlif ola bilər, məsələn:

  • Qarşıdan gələn vergi və ya digər yoxlamaya hazırlıq;
  • Mülkiyyətçinin və ya Şirkət rəhbərliyinin dəyişməsi;
  • Mühasibat və hüquq işinin optimallaşdırılması;
  • Beynəlxalq bazara çıxış;
  • Müəssisənin nüfuzunun artırılması.

Belə auditlərin keçirilməsi üçün yerli auditor şirkətlərini cəlb etmək daha sərfəli ola bilər. Onlar peşəkarlıqda xarici həmkarlarından heç də geri qalmır, həm də işlərin dəyəri xarici həmkarlardan dəfələrlə ucuz olur.

Auditor firmasını seçməyin ən asan yolu – həmkarların, biznes partnyorların, artıq auditorlarla iş görmüş tanışların tövsiyələrinə əsaslanmaqdır. 

Auditor axtarışının daha bir üsulu – mətbuatda məqalələr və auditor şirkətlərinin rəhbərləri ilə müsahibələrdir. Onlarla görüş keçirərək maraqlandıran sualları cavab almaq olar. 

Başqa bir yol isə tender elan edərək, mətbuatda məlumat yerləşdirməkdir. Bu, müəyyən xərclərə başa gəlsə də, sahibkar müxtəlif şirkətlərdən təkliflər alır, onları təhlil edə, görüşlər keçirə, təqdimatları dinləyə, suallara cavab ala və sonra qərar qəbul edə bilər. 

Tenderin üstünlüyü həm də cəlbedici qiymət təkliflərinin olmasıdır. Çünki şirkətlər sifariş almaq üçün daha əlverişli şərtlər təklif edəcəklər. Lakin, ucuz qiymət aldadıcı ola bilər, axı böyük təcrübəyə malik peşəkar auditor şirkəti, mühasibat uçotunun aparılmasında, auditor yoxlamalarının keçirilməsində təcrübəsi olan işçi heyəti olan şirkət ucuz qiymət təklif etməyəcək. Bu şirkətlərin personalının təcrübəsindən, artıq mövcud müştərilərin siyahısından və tövsiyələrdən yararlanmaq lazımdır.