Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Şirkət işçilərinin motivasiyası kadr menecmentin vacib hissəsidir. Məmnun işçilər məmnun müştərilər deməkdir. Buna görə yaxşı iş atmosferi yaratmaq vacibdir, işçilərlə onların müştərilərlə necə davranmalarını istədiyiniz kimi davranın.

Şirkətin dəstək xidmətinin operatorlarını lazımi təlimlərlə təmin olunarsa daha məmnun qalacaqlar. Bir əməkdaş tərifə layiq olduqda tərifləmək, səhv etdikdə səhvlərini onlara izah etmək və onları düzəltməyə kömək etmək üçün rəhbərliyin dəstəyi çox vacibdir.

Əməkdaşların motivasiyası böyük pul xərcləri tələb etmir. “Əla həftə” üçün təbrik və minnətdarlıqla rəhbərdən yalnız tərif, onu təlimə göndərmək və ya hədiyyə sertifikatı vermək qədər təsirli ola bilər.

Şirkətin işçilər üçün kifayət qədər maddi motivasiyayası mümkün olmadığı dövrlər olur. Ona görə də, belə dövrdə onlarla düzgün kommunkasiya qurmaq çox vacibdir ki, əməkdaşlar şirkət üçün öz əhəmiyyətini və dəyərini hiss etməyə davam etsinlər.

Rəhbərlərin tabeçiliyində olan personal üçün məqsəd və vəzifələr təyin etmə prosesində mövcud iqtisadi vəziyyəti nəzərə alması vacibdir. Məsələn, real satış etməyin çox çətin olduğu dövrlər olur. Menecerlər yalnız real məqsədlər qoymalı və tabeçiliyində olanları müəyyən hədəflərə çatmaq üçün hər cür təşviq etməyə çalışmalıdırlar.

İqtisadi şəraitdən asılı olmayaraq, əməkdaşların işini düzgün təşkil etmək üçün üç sadə qaydaya əməl etmək lazımdır:

– öz vəzifələrini yerinə yetirməyi bacaran işçiləri tapmaq lazımdır;

– onlara bu işi yerinə yetirmək üçün lazım olan bütün vasitələri və dəstəyi təmin etmək;

  • onlara real hədəflər və zaman qoymaq lazımdır.

Böhran dövrlərində satış və marketinqə qoyulan investisiyalar dayandırılmamalıdır. Bu həm də işçilərə rəhbərlərin qarşısında duran vəzifələri başa düşdüklərini nümayiş etdirir.