Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Mühasib müəssisənin vacib işçisidir, direktorun sağ əlidir, onunla birlikdə biznesin inkişafı barədə qərar qəbul və müəssisənin maliyyəsini idarə edir.

Mühasibin həm iqtisadi, həm də hüquqi biliklərə фshib olması lazımdır. Vergilər, Mühasibat uçotu və İnsan Resursları məsələlərində qanunvericilikdəki dəyişiklikləri mütəmadi izləməlidir.

Mühasib müəssisədəki bütün maliyyə və kadr dəyişikliklərini nəzərə alır. Müəssisə nə qədər böyükdürsə, iş o qədər mürəkkəb və böyükdür. Böyük müəssisələrdə mühasibat vəzifələri bölünür: 

– əmək haqqı mühasibi, 

– əsas vəsaitlər üzrə mühasib,

– mühasib-İqtisadçı, 

– baş mühasib, 

– mühasib köməkçisi və s.

Mühasibin vəzifələrinə aşağıdakılar daxildir:

– mühasibat və vergi uçotunun aparılması;

– iş əməliyyatlarının qeydiyyatı;

– nağd əməliyyatların aparılması, onlara nəzarət;

– işçilərin əmək haqqının, müavinətlərin hesablanması, məzuniyyət, səyahət, xəstəlik məzuniyyəti ödənişlərinin təyin olunması;

– işçilərin sığorta haqlarının hesablanması və ödənilməsi;

kadr uçotu;

– təşkilat və işçilər haqqında hesabatların hazırlanması və təqdim edilməsi;

– rəhbərlə razılaşdırılaraq – vergi və rüsumların ödənilməsi, qarşı tərəflərlə qarşılıqlı hesablaşmalar;

– maliyyə hesabatının formalaşdırılması;

– maliyyə təhlili və şirkətin maliyyə bölgüsü təklifi;

– mühasibat uçotu siyasətinin seçimi, mühasibat uçotu formaları, mühasibat proqramları və xidmətlərinin seçimi.

Peşəkar bacarıqlara əlavə olaraq mühasibin şəxsi keyfiyyətləri də vacibdir: diqqətlilik, məsuliyyət, müəssisənin maddi rifahından asılıdır. Mühasib çalışqan, səbirli, cəmlənmiş, inkişaf etmiş məntiqi düşüncə, çox miqdarda məlumatla işləmək və stresli vəziyyətlərdə insanlarla ünsiyyət qurma bacarığı olmalıdır.

Mühasibin işi mürəkkəb və məsuliyyətlidir. Maliyyə məlumatlarının yoxlanılması, sənədlərin hazırlanması və hesabatların verilməsi ilə məşğuldur. Buna görə pozuntular halında vergi orqanları direktoru və mühasibi cərimə edə bilər. Yalnız inzibati deyil, həm də cinayət məsuliyyətinə cəlb oluna bilər.

Yuxarıda göstərilən xüsusiyyətlərə malik mühasib axtarmamaq üçün bu cür mütəxəssislərin işlədiyi Mühasibat şirkətinə müraciət etmək daha asandır.