Tez-tez qarşılaşan hallardan biri sahibkarların mühasibat uçotuna məhəl qoymaması və önəm verməməsidir.

Uçotun aparılmasının mənasız vaxt və pul itkisi olduğunu düşünür, qeydləri dəftərə yazmağı və ya başlarında saxlamağı üstün tuturlar.

Mühasibat xırdadan tutmuş nəhəng biznesə qədər hamı üçün vacibdir. Biznesdəki vəziyyəti anlamaq və onun fəaliyyətlərini təhlil etmək, vəsaitlərin hesabını bilmək üçün mikro biznes aparan özəl bir sahibkara belə mühasibat lazımdır.

Doğru mühasibat uçotu sayəsində biznesin maliyyə durumunu qiymətləndirmək, biznesə nəzarət etmək, proqnoz və gözləntilərlə fərqi anlamaq, gəlirli və zərərli əməliyyatları müəyyənləşdirmək, qanunvericiliyə uyğunluğana və vaxtı-vaxtında hesabatların verilməsini nəzarət etməyə kömək edir.

Mühasibat uçotunun əsasını əməliyyatlara uyğun ilkin sənədlərin işlənməsi təşkil edir. İlkin sənədlərin siyahısına avans hesabatları, hesab-fakturalar, qaimələr və s.daxildir.

Bu sənədlərdən məlumatlar mühasibat qeydlərinə daxil edilir. Mühasibat uçotunu asanlaşdırmaq üçün uçot üçün proqram təminatının olması məsləhətdir.

Həmin məlumatlar gəlir və xərcləri əks etdirən ikiqat giriş prinsipi ilə qeydlərə daxil edilir.

Məsələn, malların alınması – malların anbara mədaxili, paralel olaraq vəsait xərcidir. Hər bir ilkin sənəd üçün bir sütunda gəlir (debet), ikincisində isə pul ekvivalentində xərc (kredit) göstərilir.

Eyni əməliyyat hər iki sütuna düşür və iki fərqli rəqəmsal kod ilə qeyd olunur. Bu rəqəmsal kodlar mühasibat hesabları adlanır və uyğun əməliyyatların xüsusi qruplarına uyğundur. Hesabları göstərən debet və kreditin qeyd ediləməsi Mühasibat uçotu adlanır.