Yay mövsümü başlayır, оna görə biznes sferalarında vəziyyət dəyişir.
2025-ci ilin yayında hansı biznes sahələri aktualdır? Bu barədə aşağıda.
Bu yay perspektivli iş sahələri İT sahəsi, xüsusən də tətbiq hazırlanması və kiber təhlükəsizlik, eləcə də onlayn məsləhətləşmə və fitness təlimçiləri kimi sağlam həyat tərzi ilə əlaqəli xidmətlər olacaqdır.
Ekoloji və “yaşıl” texnologiyalarla əlaqəli biznes, məsələn, eko qablaşdırma və təkrar emal da perspektivlidir.
Smartfonlar və ağıllı cihazlar üçün tətbiq yaratmanın inkişafı, kiçik və orta müəssisələr üçün kiber təhlükəsizlik, virtual və genişlənmiş reallıq, blokçeyn və kriptovalyuta, bulud əsaslı biznes həlləri çox populyarlaşır.
Həkimlər və fitness məşqçiləri ilə onlayn məsləhətləşmələr, fitness məşqçiləri üçün təlimlərin təşkili, sağlamlıq üçün məhsullar son zamanlarda populyardır.
Eko qablaşdırma və təkrar emal, “yaşıl” texnologiya və enerji səmərəliliyi kimi ekoloji layihələr, xüsusilə COP29-dan sonra əhəmiyyətli mövqelərə çevrildi.
Bu yay xüsusilə onlayn kurslar və təhsil platformaları, Biznes üçün konsaltinq və məşqçilik tələb olunacaq.
Turizmin artması ilə bir çox iaşə obyekti açılır. Artıq biznesə yeni ideyalat tələb olunur: dietik menyular, kafe və restoranların tamamilə yeni konsepsiyaları. Küçə fast food xüsusilə yayda tələb olunandır, ona görə çimərliklərdə və parklarda açıq kafe və yemək nöqtələrinə böyük tələbat olacaqdır.
Pandemiya və karantin onlayn mağazaların və Marketplace-lərin əhəmiyyətini göstərdi. Marketplace-lərdə alış-verişə tələbat artır, sifarişlərin çatdırılması üçün yeni metodlar hazırlamaq lazımdır.
Autsorsinq və distanat təmir xidmətləri, evdə təmizlik, quru təmizləmə xidmətləri üçün tələb də mənfəətli olacaqdır.
Digər bir tələb olunan istiqamət toyların və digər ziyafət təşkili, korporativ tədbirlərin keçirilməsidir.