Günün bir günü sizi sahibkarlıq istəyi bürüyür və “artıq özümə işləməyin vaxtı gəldi” deyirsiniz.

Dar sahənin mütəxəssisi olaraq, müstəqil biznesə başlamağa hazır olduğunuza qərar verirsiniz.

Aşpaz restoranını, ayaqqabı ustası öz mağazasını, bərbər – gözəllik salonunu açır. Bu andan etibarən müəssisənizin taleyi müəyyən edilir. Sahənizdə super bir mütəxəssis olmaq, texnoloji prosesin incəliklərini bilmək uğurlu sahibkar olmaq anlamına gəlmir.

Məsələn, pizzaçı öz Pizzeriyasını açmaq fikrindən ilhamlanır, lakin insanları necə işə götürmək və idarə etmək barədə heç bir fikri yoxdur, işi necə qurmaq və inkişaf etdirmək, onu irəli çəkmək barədə anlayışı yoxdur.

Azadlığa can atan sadəlövh xəyalpərəstlər biznesin girovuna çevrilirlər. Sahibkarlığın əsaslarını bilmədən mühasibat uçotundan tutmuş binaların təmizlənməsinə qədər bütün vəzifələri çiyinlərinə götürürlər.

Sahibkarlıq mifi qəhrəmanlıq şücaətinə bənzəyir. Hər bir çətinliklərə çiyin əyməyə razı olma xəyalına dalır.

Hər təcrübəsiz sahibkarda üç şəxsiyyət yaşayır: sahibkar, menecer və mütəxəssis, maraqları üst-üstə düşənə qədər. Eyni zamanda, hər biri rəis olmaq istəyir və heç kim tabe olmaq istəmir.

Sahibkar ­— onun yaradıcı təbiətidir, yorulmaz xəyalpərəst, həvəskar, tədqiqatçı. Gündəlik iş üçün fikir tapır, gələcəklə yaşayır. O, yenilikçi, strateq, yeni ideyaların generatoru, yeni bazarların yaradıcısıdır.

Sürətlə irəliləmək istəyində ətrafındakı hər şeyi alt-üst edir. Onunla ayaqlaşmaq çətindir. Rəqibləri arxasında irərliləyərkən, yeni zirvələri fəth edir. Hər hansı bir problemə xəyal etdiyi yolda  maneə kimi qəbul edir. Hər şey vəd etməyə hazırdır, yetər ki, layihəsinin həyata keçirilməsinə yaşıl işıq verilsin .

Menecer — səlistlik və proqnozlaşdırmanın təcəssümüdür. O keçmişi sevir, dəyişikliyin tərəfdarı deyil. Hər şeyin öz yerində olmasını sevir. Sahibkarın yaratdığı xaosu diqqətlə strukturlaşdırır və nizamlayır. Belə bir tandemdən möhtəşəm ideyalar yaranır.

Mütəxəssis — bacarıqlı bir ifaçıdır. “Heç kim məndən yaxşı edə bilməz” mövqeyini tutur. İndiki zamanla yaşayır, işini sevir. İşlə məşğul olarkən xoşbəxtdir, kənar işlərə yayınmağı sevmir. Onun reallığına uyğun olmayan spekulyativ fikirlərdən şübhələnir. Qeyri-müəyyənlik və sahibkarın fikirlərinin tez-tez dəyişməsi, sərt nəzarət və menecerin müdaxiləsi onu qıcıqlandırır.

İdeal olaraq, bu üç keyfiyyətin hamısı balanslaşdırılmalıdır. Mütəxəssis — texniki İş, menecer — iş  proseslərinin təşkili, sahibkar – yeni imkanlar axtarışı ilə məşğul olmalıdır. Təəssüf ki, kiçik biznes rəhbərlərinin əksəriyyəti 10% sahibkar, 20% menecer və 70% mütəxəssisdir.

Maykl Qerber