Qarabağın azadlığı uğrunda gedən müharibənin qalibiyyətinin tacı – Şuşa şəhərinin alınmasıdır. Şuşa qalasının nəzarətə götürülməsi Azərbaycan Ordusunun Xüsusi Təyinətlılarının uğurlu əməliyyatı nəticəsində ərsəyə gəldi.

Dəqiqliklə hazırlanmış və həyata keçirilmiş əməliyyat çox riskli və qeyri-adi olub. Meşələrin vasitəsi ilə, silah sursatı 14 km çiyinlərində daşıyaraq, 140 metrə hündürlüyə kəndirlərin vasitəsi ilə qalxaraq, xüsusi təyinatlı 400 döyüşçü şəhərdə yerləşmiş 3 minə yaxın düşmənə qarşı çıxış ediblər. 

Gözlənilməz səmtdən hücuma keçərək, əlbəyaxa döyüşlərdə avtomat, tapança, bıcaq və qumbaralardan istifadə edərək düşməni vahiməyə salıb. Düşmən özünü o qədər itirib ki, bir-birilərinə atəş açıblar. Qorxuya düşən düşmən əslkərləri qaçaraq canını qurtarmağa çalışıb. 2 gün baş verən döyüşlərin nətiəsində xüsusi təyinatlılarımız Şuşanı nəzarətə götürüblər. 

Bu qeyri-adi əməliyyat tarixə qızıl hərflərlə yazıldı və Azərbaycan Ordusunun nə gücünü bütün dünyaya göstədi və əfsanəyə çevrildi.