2024-cü il 1 yanvardan Vergi Məcəlləsinə yeni dəyişikliklər edilmişdir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Vergi ödəyicisinin Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdirsə, ona aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
– Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
– Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.
Riskli vergi ödəyiciləri barədə bu sanksiyalar yuxarıdakı abzasda göstərilmiş meyarlar qəbul edildiyi vaxtdan qüvvəyə minir.
Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanacaqdır.
Bundan əlavə, vergiyə cəlb edilən gəlir müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki gəlir 2025-ci il yanvarın 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan gəlir sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir.
Vergilərin doğru hesablanması və hesabatların düzgün tərtib edilməsi üçün bizim konsultanlara müraciər edə bilərsiniz.