Biznesin yaradılması sahibkardan çoxlu qüvvə və vaxt tələb edir. Payın və ya bütün müəssisənin alınması isə fərqlidir. İşləyən müəssənin alınması zamanı aldanmamaq və riskə getməmək üçün, alış zamanı risklərin azaldılmasından əmin olmaq üçün müəssisənin geniş auditini keçirmək lazımdır.

Əgər alıcı sərbəst şəkildə sövdələşmə aparmağa qərar verərsə, vicdansız satıcı tərəfindən mümkün problemlərlə qarşılaşa bilər. Bunlar payı satılan Firmanın müflis olması, nizamnamə kapitalının payının ödənilməmiş hissəsinin olması, nizamnamə kapitalına lazım olan vəsaitin ödənilməsinin vaxtının keçməsi, müəssisənin Nizamnaməsində “xüsusi” bəndlərin mövcudluğu, yaxud kapital hissələrinin üçüncü şəxslərə ötürülməsini qadağan edən bəndlər ola bilər. Belə halda sövdələşmə etibarsız sayıla bilər. Həmçinin, şirkətin mövcud təsisçiləri tərəfindən nizamnamə kapitalında payların alınmasında üstünlük şərti varsa, razılaşmadan imtina etmək məqsədəuyğundur. Müəssisənin sahibliyi yaranandan sonra nəzərə alınmamış və qarşılaşa biləcəyi öhdəliklər və borclar ola bilər.

Müəssisənin fəaliyyətinin və maliyyə vəziyyətinin dərindən təhlil edilməsi Müəssisənin real dəyərini təyin etməyə, daha yaxşı danışıqlar aparmağa və qərar qəbul etməyə imkan verir.