Xidmət sahəsindəki biznesdə tez-tez olan problem: iş çoxdur, mənfəət isə daim dəyişir, sabit deyil, müştəriyə hansı qiyməti vermək sərfəlidir.
Əgər xidmətin maya dəyərini hesablasanız, doğru qiymət təyin edə və danışıqlar zamanı faktlar əsasında təklif etmək mümkündür. Bu hesablamanın zəruriliyinin üstünlükülərindən biri də xidmətin maya dəyərini bilərək, çox vaxt sərf etməli olduğunuz müştəriləriləri təyin edərək, ziyanlı yaxud xeyirli olduğunu görməkdir.
Belə hesablamanı aparmaq üçün: daimi xərcləri – məcburi olan, gəlir və ya digər proseslərdən asılı olmayan, dəyişən xərcləri — gəlirlə birlikdə dəyişən xərclər, dolayı xərclər – birbaşa iş prosesinə təsir etməyən (lakin gəlirin artması və şirkətin fəaliyyətinin təmin edilməsi üçün lazım olan xərclər), üstəgəl şirkətin inkişafı üçün xərcləri hesablamaq lazımdır. İş vaxtının orta maya dəyərini müəyyən etmək üçün, öncə bir saatın dəyərini təyin etmək lazımdır. Bunu etmək üçün orta xərcləri ayda iş saatlarının sayına bölmək lazımdır. Artıq bir saat hesabı ilə bir sifarişin dəyərini hesablamaq mümkündür.
Əgər bu məsələdə çətinlik yaşayırsınızsa, məsləhət üçün bizə müraciət edə bilərsiniz.