Marketinq rəqiblərindən fərqlənməyə kömək edir.

Çox analoqu olan keyfiyyətli məhsulun alıcıları öz-özünə cəlb edəcəyini düşünmək sadəlövhlük olardı.

Əgər biznes öz sahəsində ilkdirsə, gec-tez müştərilərin bir hissəsini özünə cəlb edəcək rəqiblər tapacaqlar. Bazarda başqa şirkətlərdən fərqli təkliflə çıxış etmək vacibdir. Müştərilərə unikal ticarət təklifi ilə məhsul təqdim etmək və bunu reklam kampaniyasında, xidmət prinsiplərində göstərmək lazımdır.

Marketinq istehlakçı ilə ünsiyyət qurmağa imkan verir, hədəf auditoriyasının ehtiyaclarına və xüsusiyyətlərinə diqqət yetirərək, düzgün kommunikasiya kanallarını seçərək operativ rəy toplamaq asandır. Əgər Biznes müştəri ilə eyni dildə danışırsa, istehlakçı hiss edəcək ki, qarşı tərəf onu eşidir və anlayır, onun dəyərlərini bölüşür, bu isə loyallığı artırır.

Marketinq resurslara qənaət edir. Marketinq maliyyə qoyuluşları tələb edir, lakin artıq xərclərin qarşısını alır və öncədən daha səmərəli tədbirlər görməyə imkan verir. Məsələn, sosial şəbəkələrdə insanların müəyyən kateqoriyasına diqqət yetirmədən, yəni targetsiz reklam etmək olar. Lakin, target ilə kampaniya daha effektiv olacaq. Yaxud, təsadüfi malları alaraq risk edərək, zərər etmək mümkündür. Amma, bunu hədəf auditoriyasının böyük hissəsinin seçərək etmək olar. Kor-koranə deyil, marketinqə bir az investisiya yatırıb, yaxud havayı alətlərdən istifadə edərək daha uğurlu olmaq mümkündür.

Marketinq – müştəri yönümlü biznesin əsasıdır. Bütün mövcud vasitələrdən istifadə etmək şərt deyil, yetər ki, sağlam düşüncə olsun. Marketinqin əsas ideyasını rəhbər tutmaq vacibdir: biznesin mərkəzində şirkətin məhsuluna uyğun müştərinin ehtiyacları və maraqları dayanır. Əks halda sahibkarın gördüyü işlər yalnız özündən başqa heç kimə lazım olmayacaq və heç bir reklam hiyləsi müştərilərini müntəzəm olaraq satın almağa həvəsləndirməyəcək.