Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Biznesə marketinq lazımdırmı?

“Marketinq” termini biznes sahəsində ən çox istifadə olunan ifadələrdən biridir. Bəzən bunu reklam kimi başa düşürlər, əslində isə bu göründüyündən daha geniş məhvumdur.

Marketinq müştərini anlamağa kömək edir.

Həm yeni yaranan, həm də mövcud biznes üçün rəqiblərin təklif etdiyi çeşid və qiymətləri öyrənmək lazımdır. Bu analiz artıq marketinqdir, çünki bazarın səthi tədqiqatıdır. Yalnız bunu daha dərin analiz edərək təklifinizin kimə maraqlı olduğunu və müştərilərin istəkərini tam başa düşmək qalır. 

Marketinq müştəri cəlb edir. Biznesə başlayaraq, bəzi sahibkarlar yalnız müştərilərin başqalarına danışacağı sayəsində satacaqlarını düşünürlər. Bu kiçik bir qəsəbədə işləyə bilər, amma böyük bir şəhərdə deyil. Marketinq məhsul və xidmətlərin təşviqi üçün bir çox effektiv alətlər təklif edir.

Marketinq məhsulun təkmilləşdirilməsinə kömək edir. İnsanlara ehtiyac duymadıqlarını satmaq yaxud davamlı satış etmək çətindir. Marketinq, auditoriyanın əsl ehtiyaclarını müəyyən etməyə imkan verir. Nəyin daha vacib olmasını anlamaq lazımdır: rahatlıq, estetika, əlçatanlıq, keyfiyyət və ya hər hansı parametrlərin birləşməsi. Bunun sayəsində satış strategiyasını qurmaq deyil, həm də müştərinin gördüyü qüsurları aşkar etməkdir. 

Marketinq qiymətləri və satış stimullaşdırma metodunu təklif edir. Qiymətin yüksək və ya aşağı olması vacib deyil, istehlakçının şüurunda qiymət ədalətli olmalıdır. Müştəri bilməlidir ki, nəyə görə o  ödəniş edir.

Marketinq satış yaradır. Müştəri bazasının analizi onun harada almaq istədiyini və məhsulu necə əldə etməyə hazır olduğunu göstərir: internet vasitəsilə və ya pərakəndə mağazada, əvvəlcədən sifariş verərək və ya satışı gözləməklə, nağd və ya kartla ödəniş etməklə. Müştəri rahat olmalıdır, əks halda heçnə almayacaq, yaxud az sayda alacaq.