Time management təlimləri hamıya lazımdır. Bir çoxları iş zamanı həmkarları tərəfindən öz problemləri yaxud hekayələri ilə fikrini işdən yayındıraraq həmin şəxsin daha faydalı işə sərf edə biləcəyi dəyərli vaxtını alır. Bu təlimlərdə həmsöbətin xətrinə dəymədən, söhbəti necə qısa müddətdə bitirmək və gələcəkdə təkrar olunmaması yollarını öyrədirlər.
Bunlar həmçinin kofe, çay, siqaret çəkmə, sevimli oyunlar və sosial şəbəkələrə sərf olunan vaxtlara da aiddir. Təlimlərdə iş vaxtının itirilməsi ilə necə mübarizə aparmaq, istirahət və fasilə vaxtlarının məhsuldarlığını artırmağı öyrədirlər.
İnsan beyni və resursları 8 saat effektiv işləməyə nəzərdə tutulub. Ona görə bu vaxtdan sonra effektivlik sürətlə azalır. Bu səbəbdən iş zamanı 8 saat çərçivəsində olması gərəkdir.