Biznes qurarkən bir çox səhibkarlar ilhamı artıq işləyən və yüksək rəqabəti olan müəssisələrdən alır, ətraflı məlumatı olmadan onun dövriyyəsi, mənfəəti və uğuru haqqında kənardan mülahizə yürüdürlər.
Yüksək dövriyyəsi və çox müştərisi olan müəssisə zərərli ola bilər. Rəqiblərlə mübarizə və müştəri cəlb etmək niyyəti ilə qiymətləri aşağı salmaq böyük riskdir, çünki mənfəəti olmayan müəssisə uğursuzluğa düçardır.
Uğurlu biznes qurmaq üçün bazarı və rəqiblərin işini diqqətlə araşdırmaq və yeni ideyalarla bazara girmək lazımdır. Heç olmasa yüksək rəqabətli sahədə yeni idea ilə çıxış etmək lazımdır, dempinq ilə deyil.