Bir çox uğurlu şirkətlər öz yollarına fərqli ideya ilə başlamışlar. Bir müddətdən sonra onun effektiv olmadığı üçün, dəyişmək məcburiyyətində qalıblar. Amazon, Starbucks və Disney nə vaxtlarsa, zərərlərdən müflisliyin bir addımında olublar. Şirkətlərin maliyyə resurslarının bitməsi üzündən personala maaş verməyə pulu olmayan yüzlərlə nümunələr göstərmək olar. Amma onlar işləməyə davam edib, uğur qazanıblar.
Biznesdə əhəmiyyətli olan nə ideya, nə də kapitaldır. Vacib olan komandadır, çünki belə anlarda xilas məhz onların əlindədir. Hər bir uğurlu biznesin arxasında insanlar dayanır. Onlar şirkəti xilas etmək üçün hər bir fədakarlığa hazırdırlar.
Öz komandasına yatırım edən şirkət müflis ola bilməz.