Biznes iqtisadiyyatın inkşafına təkan verir, çünki biznes müştərilərə daha sərfəli qiymət, yüksək xidmət səviyyəsi, geniş seçim, daha yaxşı keyfiyyət təklif edərək rəqabət yaradır. Biznes iş yerləri yaradır ki, bu da əhalinin sosial rifahına müsbət təsir edir. Biznes vergi ödəyərək büdcəni formalaşdırır ki, sosial xidmətlərə dəstək olsun. Bu da ehtiyacı olanlara sosial dəstək verilməsinə imkan yaradır.

Ona görə sağlam rəqabətin və uğurlu biznesin yaradılması ölkə üçün çox vacibdir.