Brend biznesin vacib elementidir, çünki şirkətin imici və etimadı məhz onun üzərində qurulur.

Brendiinq şirkətin qarşısında qoyulan vəzifələrin öyrənilməsi ilə başlayır.

Tapşırıqlardan asılı olaraq tədqiqatın məqsədləri formalaşdırılır, məhsul və ya xidmətlər öyrənilir, ona təsir edən amillər, məsələn, bazar, rəqiblər, hədəf auditoriya. Ətraflı məlumat analitikasının aparılması, marka strategiyası və fəlsəfəsinin qurulacağı düzgün nəticələrin formalaşdırılması vacibdir.

Tədqiqatın nəticələrinə əsasən brendin platforması hazırlanır. Platforma şirkətin fəlsəfəsini, əsas fikirlərini təsvir edən sənəddir. Həm də platforma əsasında marketinq və kommunikasiya strategiyası, şirkətin fəlsəfəsi yaradılır.

Korporativ stil platformada olan fikir və düşüncələri əks etdirməlidir. Marka xarakterin göstəricisidir, fərdiliyi vurğulayır, dəyərləri göstərir.

Korporativ stil yalnız dizayn tərtibatları (logo, şrift, rəng palitrası, korporativ qrafika) yaratmaq üçün alət deyil, eyni zamanda şirkət standartlarına riayət etməyə imkan verən, onlardan istifadənin düşünülmüş məntiqidir.

Yaradıldıqdan sonra tətbiqetmə mərhələsi başlayır. İşçiləri şirkətin yeni fikirləri ilə tanış etmək, təlim keçirmək, korporativ stili istifadə qaydalarını izah etmək lazımdır.

İcra mərhələsi çox vacibdir. İşçilərin markanı anlaması və hiss etməsi, kommunikasiya materialları yarada bilməsi, şirkətin strategiyasına uyğun marketinq strategiyası qurması vacibdir.

Hər bir şirkət öz brendini yarada bilər. Lakin, anlamaq lazımdır ki, brendinq çoxsəviyyəli, stretiji planlaşdrılmış, agentlik tərəfindən professional ekspertiza tələb edən prosesdir.

Bredninq yaratmağın ən yaxşı yolu, təcrübəsi olmayan bir işçiyə tapşırıq vermək əvəzinə peşəkar agentliyə müraciət etməkdir.