Bütün biznes növləri inkişaf mərhələlərindən keçir. Kiçik bir kafe, onlayn mağaza, fabrik və zavodların oxşar prosesləri və problemləri var. İqtisadçılar onları canlı bir orqanizmin həyatı ilə müqayisə edirlər. Biznesin tam həyat dövrü bu mərhələlərdən formalaşır.
Belə bir müqayisə həm də ona görədir ki, hər mərhələdə biznes, canlı bir orqanizm kimi, yaşamaq və inkişaf etmək üçün investisiyalarla “bəslənməlidir”.
Yeganə fərq odur ki, biznes üçün ölüm məcburi deyil. Sahibkar şirkətinin inkişafının hansı mərhələsində olduğunu başa düşməlidir ki, onu böyütməyi bacarsın.
Yaranma mərhələsi. Bir biznes yaratmaq o deməkdir ki, sahibkar artıq ideyanın yaşayacağını qiymətləndirib, bütün riskləri nəzərə alıb, başlanğıcdakı xərcləri hesablayıb, maliyyə planı hazırlayıb.
İlk mərhələdə fərdi sahibkar və ya MMC kimi qeydiyyatdan keçərək, komanda toplanır, ilk müştərilərin axtarışı başlayır. Bu anda layihənin maliyyələşdirilməsinə ehtiyac var. Onun mənbələrini müxtəlif yollarla tapmaq mümkündür. Hər şey biznesin növündən və onun necə inkişaf etməsi ideaysından asılı olacaq.
Başlanğıc kapitalının ən azı bir hissəsini sahibkar özü tapmalıdır.
Vəsait toplamaq və ya, məsələn, əmlakı satmaq. Başlamaq üçün kifayət qədər şəxsi vəsait yoxdursa, aşağıdakı yollarla maliyyə tapmaq olar:
Dövlət dəstəyi üçün müraciət etmək, məsələn KOBİA;
Kraudfandinq (“kollektiv maliyyələşdirmə”) və ya səhmdar cəmiyyət yaratmaqla tələb olunan məbləği toplamaq;
Texnologiya ilə əlaqəli bir startap üçün bir vençur investoru tapmaq. Avadanlıq və ya əmlakı lizinqə götürmək. Fəaliyyət üçün avtomobil, böyük avadanlıq və ya bina lazımdırsa, onu lizinqə götürmək olar.
Davamını izləyin…