Şirkət xaricdə olan hesablarından təqribi olaraq 256 milyard dolları geri qaytarmağı planlaşdırır. Onun 38 milyard dolları verginin ödənilməsinə sərf olunacaq. Şirkət həmçinin yeni kampusun tikintisi haqqında planının olduğunu da qeyd edib. Yeni kampusun tikiləcəyi yerin bu il ərzində bildiriləcəyi deyilib. Həmdə şirkət 2023-cü ilə kimi 20.000 yeni işçi götürməyi nəzərdə tutub. Bundan əlavə olaraq “Apple” özünün istehsalat fondunun büdcəsini 5 milyard dollar artırmağı və təlim proqramlarının sayını çoxaltmağı nəzərində tutub. Şirkətin xarici hesablardan vəsaitləri ölkəyə qaytarmaq xəbərindən sonra ABŞ prezidenti Donald Trump öz Twitter hesabında bu qərara sevindiyini bildirib. Qeyd etmək lazımdır ki, keçən ilin Oktyabr ayında məlum olmuşdu ki, “Apple” ofşor hesablarda 246 milyard dollar vəsait saxlayır.

https://technote.az/