Məcburi audit – kifayət qədər “spesifik” yoxlamadır. Bu, mühasibat hesabatlarında təqdim olunan məlumatların həqiqiliyini yoxlamaq üçün həyata keçirilir. Əgər biznes sahibləri öz şirkətlərini daha ətraflı öyrənmək istəyirlərsə, onlar kənar mütəxəssisləri dəvət etməklə audit aparmalıdırlar. Ötən ilin fəaliyyətinin təhlili üçün auditin ilin əvvəlində keçirilməsi məqsədəuyğundur.

Müəssisənin özünün təşəbbüsü ilə keçirilən audit mütləq olandan daha genişdir. Yoxlama mühasibat uçotundan, ümumiyyətlə maliyyə məlumatlarından kənara çıxaraq, daha geniş yoxlama nəzərdə tutur. Biznesmenlərin auditlə bağlı, könüllü əlavə xərclərə getməsinin səbəbləri müxtəlif ola bilər: mülkiyyətçilərin, rəhbərin və ya baş mühasibin dəyişilməsi, biznesin satışa hazırlanması, hesabat məlumatlarının doğruluğunda şübhə yarandığı halda, vergi və ya digər yoxlamalara hazırlıq.

Həmçinin auditi “kənardan” da sifariş edilə bilər, əlbəttə ki, biznes sahibləri ilə razılaşdırmaq şərti ilə. Məsələn, banklar və ya potensial investorlar.

Könüllü auditor yoxlaması, səbəbindən asılı olaraq müxtəlif dövləri əhaət edə bilər – bir aydan bir neçə ilə qədər.