Biznes son on ildə sürətlə dəyişir. O internetə miqrasiya olmaq ilə yanaşı, həm də gəlirə deyil, proyektin dəyərinin artması məqsədi güdür.

Böyük gəlir əldə etmək üçün biznesin mənfəətli olması şərti yoxa çıxır. Biznesin dəyəri əsas meyara çevrilir. Şirkətin kapitalaziyası satış və mənfəətə görə, yaxud bazar payı, istifadəçi sayı və bazasına görə dəyərləndrilə bilər. 

Buna nümunə olaraq Instagram, What’s App kimi startapları göstərmək olar. Heç bir mənfəəti olmayan bu iki şirkəti Facebook 2 milyard İnstagrama və 20 milyard dollar isə What’s App startaplarına ödəyərək əldə edib. Sonradan Instagram-da reklam və digər xidmətlər əlavə edilsə də, What’s App hələ də heç bir gəlir əldə etmir. Onun ən böyük xeyiri 2 milyard olan istifadəçinin məlumatlarıdır. Həmin baza üzərində Facebook öz reklam xidmətini quraraq böyük gəlirlər əldə edir.