Növbəti bölmə – Maliyyə planıdır. İqtisadi baxımdan biznes ideyanın işlək olduğunu göstərir. 

Bu bölmə ilə tanış olan yeni sahibkar bu işə başlamağa dəyər olub olmadığını başa düşəcək, investor isə layihəyə investisiya qoymağın məqsədəuyğunluğu barədə qərar qəbul edə bilər. 

Maliyyə planında maliyyələşdirmə mənbələri, satış həcmi, ödəmə cədvəli, birbaşa və dolayı xərclər, pul vəsaitlərinin hərəkəti təhlili, xalis mənfəət və gəlirlilik həddi təsvir edilməlidir.

Bu bölməyə binaların icarəsi, xammal və s. kimi xərcləri daxil etmək lazımdır. Gəlir, xalis mənfəət və marjanın proqnozu, gəlir və ümumi satış arasındakı faiz marjası şəklində göstərmək lazımdır. Əlavə olaraq, aylıq pul vəsaitlərinin hərəkəti analizinin qrafik məlumatlarını vermək lazımdır: tədarükçülərə ödənişin miqdarı, icarə haqqı və nə qədər məhsul satıla biləcəyi, xammala xərc və əmək haqqı fondu xərcləri. Pul axınları dövriyyədəki real gəlir və gedəcək pul axınını əks etdirir, birbaşa mənfəətlə əlaqəli deyil. Çox güman ki, ilk aylar zərərli olacaq.

“Risklərin qiymətləndirilməsi” bölməsi də planlaşdırmanın vacib bir hissəsidir, mənfi ssenarilərin uçotunu qiymətləndirir. Bu bölmədə tipik risk faktorlarını və şirkətin güclü və zəif tərəflərini sadalamaq lazımdır. Buna görə hadisələrin arzuolunmaz inkişafı halları üçün strategiya hazırlamaq lazımdır. 

Daxili və xarici riskləri, risk göstəricilərini, hər bir göstərici üçün fəaliyyət proqramını təsvir etmək lazımdır. Risklər qeyri-sabitdir, ona görə bazarda vəziyyət dəyişdikdə yenidən nəzərdən keçirilməlidir. Xüsusi risk zonalarını müəyyənləşdirmək lazımdır. Bundan sonra vəziyyətin nəzarətdən çıxdığını açıqlayacaq göstəricilər (risk göstəriciləri) təyin etmək lazımdır. Hər bir risk göstəricisi üçün tətbiq edilməli olan hərəkətləri də təyin etmək lazımdır. Komandada risklərin monitorinqi və görülən tədbirlərin yoxlanılması üçün məsul bir işçinin olması lazımdır.

Davamı izləyir…