Biznes planının hər bir detalı vacibdir. Məzmun da vacib hissələrdən biridir.
O, biznes planının strukturu ilə tanış olmağa imkan verir. Səhifə nömrələrini göstərən bütün bölmələrin adları yazılır.
Məzmundan sonra rezume yerləşdirilir. Bu, biznes planının bütün bölmələrinin qısa məzmunudur. Rezumeyə biznesin maliyyə perspektivlərini və biznes ideyasının mahiyyətini nümyiş etdirəcək maliyyə göstəriciləri, qrafiklər və digər vizual məlumatlar daxil edilməlidir.
Rezume qısa olmalıdır: tarixi, biznesin və məhsulun təsviri, hədəf auditoriyanın qısa portreti, şirkətin məqsədi və missiyası, əsas biznes göstəricilər əks olunur.
Biznes yenidirsə, onda biznes göstəricilər əvəzinə gələcək xərclər, öz və kredit vəsaitlərinin həcmi, həmçinin geri qayıtma müddətini göstərmək lazımdır. Mövcud biznes üçün gəlirin miqdarı, son 2-3 ildəki mənfəət və maliyyə sabitliyi. Biznes planının məqsədi şirkətin vəziyyətini yaxşılaşdırmaqdırsa qeyri-sabitliyi göstərən digər göstəricilər əks olunur.
Satış proqnozu cədvəli və pul vəsaitlərinin hərəkəti təhlili, bazar və sənaye təhlili xülasəsi, anti-risk strategiyası da əlavə edilməlidir. Məqsədlər rəqəmlərdə və ya digər ölçülə bilən göstəricilərdə qeyd olunur.
Başlıq səhifəsi investorun gördüyü ilk şeydir. Ona görə loqo və qrafik üslub, sloqan və yaddaqalan Şirkət adı hazırlanmalıdır.
Biznes planının Başlıq səhifəsində şirkətin adı, loqotipi və sloqanı, fəaliyyət sahəsi, şirkətin əlaqə məlumatları, layihənin başlama tarixi və vaxtı, həmçinin müəllifinin adı olur.
Başlıq səhifəsində sənədin adı – “Biznes Plan” olmalıdır. Həmçinin “Konfidensialdır. Sizə layihə maraqlı deyilsə, geri qaytarın”, sənədin yaradılma tarixi göstərilir.
Biznes-planı konsaltinq şirkətlərinə də sifariş etmək olar.