Icracı Direktor hər bir biznesin beynidir. Müxtəlif şöbələrdən məlumatları toplayaraq, doğru qərar vermə ancaq professional rəhbərlərə xas olan xüsusiyyətdir. Çünki rəhbərin vəziyyəti sürətlə analiz etmə səriştəsi olmalıdır. Bəzən bu qərarlar çox sürətlə verilməlidir. Ona görə təsisçinin həmin biznesdə səriştəsi yaxud uğurlu rəhbərlik tarixcəsi yoxdursa, kənardan professional idarəçi cəlb etmək ən doğru yoldur.
Rəhbər vəzifəyə dost, qohumu yalnız etibar faktoruna görə deyil, savadlı menecer cəlb etmək lazımdır. Onu tapmaq isə çox sadədir. Xüsusi “Head Hunter” agentliklərə müraciət etmək lazımdır. Əlbəttə ki, onların xidməti ucuz olmur, amma investorun maliyyə qoyuluşunun geri qayıtması bundan daha dəyərlidir. Professional İdarəçi də ucuz olmayacaq, amma bu özünü doğruldur. Həmin rəhbər isə öz komandasını HR mütəxəsis cəlb edərək toplamalıdır. Öz növbəsində, vacib vəzifələrə seçim əsasında, işini bilən kadrlar qəbul edilməlidir.
Rəhbərlərin və personalın maaş və bonusları yetrəli qədər olmalıdır ki, onlar gördükləri işə yetərli qədər əmək sərf etsinlər.
Bu biznesin baş sütunudur. Şirkəti yaratmaq asandır, amma onu inkşaf etdirib, gəlir əldə edərək bazarda yerini tapmaq çətin. Bunu isə yalnız professional komanda ilə etmək mümkündür.