Yeni 2025-ci i il başladı. Bu həftə həftəlik istirahətdən sonra hər kəs işə başlayır.
Hər yeni ilin əvvəlində mütləq keçən ilin nəticələrini yekunlaşdırmaq qəbul olunub.
Bəs necə yekunlaşdırmaq lazımdır?
Əvvəla, il üçün qarşıya qoyulan vəzifələrin və məqsədlərin yerinə yetirilməsinin standart təhlilini aparmaq lazımdır: gəlir, mənfəət, müştərilərin sayı, əməliyyatlar və s.
Şirkətin uğurları – layihələrin, məqsədlərin və digər göstəricilərin icrasını müzakirə etmək lazımdır. Bununla yanaşı, uğursuzluqları da təhlil etmək vacibdir – nə planlaşdırılmışdı, amma nəticə vermədi və ya səhv hesablanmışdı və bu uğursuzluqların səbəbi nədir.
Anlamaq lazımdır ki, bu təhlillər günahkarları cəzalandırmaq üçün deyil, gələcəkdə səhvləri aradan qaldırmaq üçün aparılmalıdır. Cəza üçün günahkar axtarsanız, bu təhlil tamamilə effektsiz olacaqdır.
Hər bir əməkdaş “keçən il işdə şəxsən hansı uğurlara imza ata bildi” sualına cavab verməlidir.
İşçilər üçün maraqlı məlumatlardan biri də bunlar ola bilər:
• Bir ildə neçə əmədaş işə başladı və işdən ayrıldı.
• Ötən il keçirilən görüşlərin sayı.
• İşçilərin il ərzində aldıqları təşəkkürlərin sayı.
• Şirkətdəki işçilərin orta yaşı.
• Şirkətdə işçilərin orta təcrübəsi.
İlk baxışdan bu məlumatların biznes üçün heç bir praktik yükü yoxdur. Ancaq ilin əvvəlində bu cür məlumatlar heyət arasındakı vəziyyəti canlandırır və onlar müzakirədə böyük həvəslə iştirak edirlər. Bu da öz növbəsində əməkdaşları bir araya gətirir və işdə ünsiyyət qurmağı daha da asanlaşdırır və effektiv edir.