Ötən ilin yekunları maliyyə baxımından biznesin uğur göstəricisidir.

Bunun əsasında gələcək dövrdə iş planınını necə qurmağı başa düşmək və şirkətin real göstəricilərini əldə etmək üçün keçən ilin nəticələrini yekunlaşdırmaq lazımdır.

Yeni ili planşaldırmaq üçün maliyyə planı hazırlamağa aşağıdakı göstəriciləri bilmək vacibdir:

• kapitallaşma nisbəti – şirkətin öz və borc vəsaitlərinin nisbətini göstərir. Bu məlumatlara əsasən, kreditlərin ödənilməsi və ya investorlarla hesablaşmalar barədə proqnoz vermək, kapitalın artırılması imkanlarını da başa düşmək mümkündür;

• aktivlərin həcmi müəssisənin gələcəkdə istifadə edilə bilən maddi və qeyri-maddi ehtiyatları;

• cari likvidlik nisbəti – müəssisənin ödəmə qabiliyyətini və borcların ödənilməsi imkanlarını, öhdəliklərin yerinə yetirilməsini təmin etməyə kömək edir. Bu göstəricilərə əsasən likvidliyin nə qədər artırılacağını və ya cari səviyyədə saxlanacağını başa düşmək olar;

• KPI – əsas effektivlik göstəriciləri. Menecment və əməkdaşların hərəkətlərinin hansının düzgün olduğunu, hansının səhv olduğunu, hansı hədəflərə çatacağını və hansının mümkün olmadığını öyrənməyə imkan verir;

• AOV – alış sayının mənfəətə nisbətini göstərən orta sifariş çekidir. Çeşiddə nəyi saxlamağı və nəyin çıxarılmasının daha düzgün olduğunu göstərə bilər;

• ROE – öz kapitalın rentabelliyi. Bu göstərici şirkətin investisiyalardan nə qədər qazandığını tapmaq üçün lazımdır. Xalis mənfəəti qoyulan vəsaitin həcminə bölməklə müəyyən edilə bilər.

Bu göstəricilərin öyrənilməsi 2025-ci il üçün plan hazırlamağa kömək edəcəkdir. Ötən ili yekunlaşdırmadan və təhlil etmədən yeni, cari il üçün plan tərtib etmək mümkün deyil.