Şirkətin maliyyə ilini yekunlaşdırarkən şirkətin müəyyən sənədlərinə diqqət yetirməlisiniz.

İlin maliyyə nəticələri aşağıdakı sənədlərin təhlilini əhatə edir: mənfəət və zərər haqqında hesabat, balans, maliyyə nəticələri haqqında hesabat və gəlir hesabatı. 

Bu hesabatlar sayəsində gəlir və xərcləri, marketinq strategiyasının səmərəliliyini, şirkət üçün böyümə nöqtələri, lazımsız xərclərin mövcudluğunu, maliyyə axınlarına nəzarət imkanlarını, borcların idarə edilməsini və optimallaşdırılmasını, daha sərfəli vergi sistemini seçməyi və ya limiti aşdığına görə əvvəlcədən imtina etməyi anlamaq mümkündür. Vergi xidmətindən cərimələnməmək üçün əvvəlki vergi növündən imtina edərək, digərini seçmək olar. 

İlin yekunu aşağıdakı analiz metodlarından yarana bilər:

• Faktor – böhranlar, vergi sistemləri və s.kimi xarici amillərin biznesə təsirini qiymətləndirməyə imkan verir. 

• Struktur – müəyyən bir dövr üçün hesabat tarixindəki məlumatlar təhlil edilir. Pul axınlarının haradan gəldiyini, likvidliyin, uzunmüddətli və cari aktivlərin tərkibinin necə dəyişdiyini öyrənməyə kömək edir. 

• Trend-proqnoz – mövcud məlumatlara əsaslanaraq gələcəkdə nə olacağını təklil edən bir analizdir.

• Zaman – eyni vaxt intervallarının göstəriciləri müqayisə olunur, lakin fərqli illər üçün. Məsələn, dekabr 2023 və dekabr 2024. Bu analiz, böyümənin olub olmadığını və ya əksinə bir azalmanın olub olmadığını, hansı amillərin onlara necə təsir etdiyini anlamağa imkan verir.

• Müqayisəli – müəssisənizi rəqiblərlə müqayisə edin, müxtəlif bölmələrin səmərəliliyi və digər müqayisələr. 

Bütün bu sənədlərə və onların təhlilinə əsasən çatışmazlıqları düzəltmək və şirkətin fəaliyyətini yaxşılaşdırmaq və səmərəliliyi artırmaq üçün strategiyasını yenidən nəzərdən keçirmək mümkündür.