Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.


Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb. Lakin, 27 il ərzində düşmən bu varlıqları talan edib. Cənab Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq deyib ki, Ermənistan bunun cavabını beynəlxalq məhkəmələrdə verəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları – 130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10.927 min m3 mişar daşı, 1.312 min m3 gil, 2.540 min m3 qum-çınqıl, 5.189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 mineral su, 12.428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub.