Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi şücaət nəticəsində düşmənə ağır zərbələr endirərək məğlub etdi. Bu müharibə yeni texnologiyaların geniş istifadəsi kimi tarixə düşdü. 

Azərbaycan Ordusu müasir texnologiyalardan geniş istifadə edərək, əskər və zabitlərimizin itkisini dəfələrlə azaltdı, düşmənin gözləmədiyi əks hücumlar edərək, Ermənistanın 30 il ərzində qurduğu və dağılmaz hesab etdiyi müdafiə sədlərini darmadağın edərək, 44 gün ərzində kapitulyasiya etməyə məcbur etdi.

Bu Vətən müharibəsi pilotsuz təyyarələrin istifadəsi kimi yadda qalacaq. Türkiyə və İsrail istehsalı olan bu qurğuların istifadəsi nəticəsində düşmən nöqtələrinə və texnikasına sərrast atəş açaraq məhv edirdi. Hətta, erməni əskərləri PUA-ların səsini eşidər-eşitməz öz texnikalarını qoyub, qaçırdılar. Həmçinin PUA-ların kəşfiyyatı nəticəsində artileriya qurğularına düşmənin yerləşdiyi dəqiq nöqtəni ötürərək, uzaqdan sərrast atışla onları məhv etməyə müffəq oldular. 

Bunun nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü və müasirlərinin sırasına daxil oldu. Yaşasın Azərbaycan Ordusu!