Hər bir müəssisə maliyyə planında hər hansı bölmə və məlumatları yerləşdrillməkdə özü qərar verir.

Bəzi müəssisələr üçün pulun daxil olması və sonrakı xərcləri haqqında cədvəl, yəni pul vəsaitlərinin hərəkəti proqnozu kifayətdir.

Bu sənəddə əsas fəaliyyətlərdən əldə olunan gəlirlər, investisiya daxilolmaları, personalın əmək haqqları və kreditlər üzrə ödənişlər əks olunur.

Bu sənədi doldurarkən, onların həyata keçiriləcəyi dövrün xərcləri və gəlirləri barədə məlumatları nəzərə almaq lazımdır. Buna görə, yalnız pul vəsaitlərinin hərəkəti cədvəlində müəssisənin real maliyyə səmərəliliyinə nəzarət etmək çox çətindir.

Maliyyə planlaşdırmasının daha dəqiq olması üçün mənfəət və zərər proqnozu ilə yanaşı digər bir sənədin hazırlanması tövsiyə olunur. O, gələcək xərcləri və gəlirləri əks etdirir. Bu sənədin özəlliyi göstəricilərin dövrlərə görə uyğun olmasıdır. Bunlar ümumi rəqəmlə deyil, hissə-hissə göstərilir ki, nəticədə xərc gəlirə uyğun olsun. Beləliklə, tam maliyyə mənzərəsi aylar üzrə əks olunur.

Həm də vacibdir ki, pul vəsaitlərinin hərəkəti haqqında sənədlə mənfəət və zərər proqnozu bir-biri ilə uyğun olmalıdır. Bu məqsədə çatmaq üçün başqa bir sənəd – Balans Planı tərtib edilməlidir. O, aylıq planlaşdırılan aktiv və öhdəlikləri əks etdirir. Öhdəliklər və aktivlər arasındakı fərq müəssisənin kapitalının dəyərini aydın şəkildə göstərəcək.

Ümumiləşdirərək demək olar ki, real və ətraflı maliyyə planı üçün bu 3 sənədin tərtib edilməsi labüddür:
• Nağd pul hərəkəti planı;
• Mənfəət və zərər Planı;
• Balans planı.